...

Əbu-Dabidən Bakıya qanunsuz yolla qızıl külçələr gətirilib (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2023 16:30 (UTC +04:00)
Əbu-Dabidən Bakıya qanunsuz yolla qızıl külçələr gətirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Əbu-Dabi-Bakı aviareysi ilə birlikdə gələn üç Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı həmin şəxslərdən gömrük nəzarətindən gizlətdikləri, ümumi çəkisi 985,51 qram olan 25 ədəd qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti