...

Qax rayon sakinləri odlu silahları polisə təhvil verdi

Cəmiyyət Materials 6 Dekabr 2023 19:44 (UTC +04:00)
Qax rayon sakinləri odlu silahları polisə təhvil verdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti