...

Fərəh duyuram ki, 31 illik həsrətdən sonra doğma torpağımıza geri dönürük

Cəmiyyət Materials 14 Dekabr 2023 07:08 (UTC +04:00)
Fərəh duyuram ki, 31 illik həsrətdən sonra doğma torpağımıza geri dönürük
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gözəl hisslər keçiririk. Fərəh duyuram ki, 31 illik həsrətdən sonra doğma torpağımıza geri dönürük. Çox böyük həvəs və sevinclə doğma kəndimizə gedirəm. Hər kəsin doğma torpağına geri dönməsini arzu edirəm.

Bunu Trend-ə Laçına geri dönən sakin Nadir Nəcəfov deyib.

O qeyd edib ki, doğma yurddan ayrı yaşamaq çox çətin idi.

“31 il idi ki, həyat bizə çox ağır idi, doğma yurdumuzdan ayrı düşmüşdük. Allah Prezident İlham Əliyevin canını sağ etsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Dövlətimizə minnətdaram ki, bizi doğma yurdumuza qaytardı. Artıq vətən həsrəti sona çatdı, öz kəndimizdə gözəl günlər keçirəcəyik”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti