Bakı. Trend:
Media savadlılığı təkcə xəbər platformalarına deyil, həm də sosial şəbəkələrdə fəaliyyətə təsir göstərir.
Trend xəbər verir ki, bunu Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşı Murad Balayev Bakıda keçirilən "Media savadlılığı" konfransı çərçivəsində panel müzakirəsində deyib.
O, gənclər arasında informasiyanın zəruri qavrayış bacarıqlarının inkişafının əhəmiyyətini vurğulayıb.
"Media savadlılığı təkcə xəbər platformalarına deyil, həm də sosial şəbəkələrdə fəaliyyətə təsir göstərir. Burada kiberbullinq, blackmail (qarayaxma), şantaj və s. kimi kibertəhdidlərin geniş spektri ilə üzləşirik. Burada əsasən gənclərin həssas olduğunu nəzərə alsaq, bir çox misallar gətirmək olar. Bu təhdidlər təkcə informasiyia təhlükəsizliyinə deyil, həm də istifadəçilərin psixoloji vəziyyətinə təsir göstərir. Kibertəhdid təhlükəsi təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya üçün aktualdır və beynəlxalq səviyyədə əlaqələndirilmiş səylər tələb edir", - o deyib.
Qeyd edək ki, dekabrın 20-də Medianın İnkişafı Agentliyi (MEDIA) tərəfindən "Media savadlılığı" konfransı təşkil olunub.
Konfransda Medianın İnkişafı Agentliyinin (MEDIA) icraçı direktoru Əhməd İsmayılov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, eləcə də Azərbaycanda fəaliyyət göstərən media subyektlərinin rəhbərləri, KİV nümayəndələri və bir sıra dövlət orqanlarından könüllülər iştirak ediblər.
(Tərcümə: Rəna Əbdürəhmanova)