...

Şamaxıdakı qətllə bağlı prokurorluqdan AÇIQLAMA (YENİLƏNİB)

Cəmiyyət Materials 21 Dekabr 2023 20:44 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 21-də saat 18:30 radələrində Şamaxı rayon sakini 1979-cu il təvəllüdlü Rəfail Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şamaxı Rayon Prokurorluğundan Trend-ə bildirilib ki, araşdırma zamanı 1990-cı il təvəllüdlü Saday Manafovun aralarındakı şəxsi münasibətləri zəminində qohumu Rəfail Feyzullayevi silahdan bir neçə dəfə atəş açaraq, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Saday Manafov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

xxx

18:58

Şamaxıda qohumlar arasında ədavət faciə ilə nəticələnib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib.

Qeyd edilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, polis əməkdaşıdır.

Xəbər lenti

Xəbər lenti