Bakı. Trend:
Bizə bu günü yaşatdığı üçün Prezidentimizə, Müzəffər Ordumuza təşəkkür edirik.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Ramin İsayev deyib.
Onun sözlərinə görə, 8 yaşında Laçını tərk edib.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Bu günümüzü onlara borcluyuq. İndi isə doğma yurdumuza qayıtdığımız üçün sevincimizin həddi-hüdudu yoxdur", -deyə o qeyd edib.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib.