...

Bu gündən şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Cəmiyyət Materials 10 Yanvar 2024 14:44 (UTC +04:00)
Bu gündən şagird yerdəyişməsi müvəqqəti dayandırılır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 10-u saat 17:00-dan 2023–2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılır.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti