...

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat endirilib

Cəmiyyət Materials 13 Yanvar 2024 22:14 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda müşahidə edilən küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat endirilib.

Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

"Eyni zamanda, bütün məlumat sürət tablolarında “Güclü külək” və "sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti