...

Qusarda saxlanılan şəxsdə 3,5 kq narkotik aşkarlandı

Cəmiyyət Materials 16 Yanvar 2024 12:21 (UTC +04:00)
Qusarda saxlanılan şəxsdə 3,5 kq narkotik aşkarlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Elvin Kərimov saxlanılıb.
Həmin şəxsin üzərindən 3,2 kiloqram narkotik vasitə olan marixuana və 300 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elvin Kərimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti