Bakı. Trend:
“Azərbaycan Hava Yolları” aviaşirkətinin əlverişsiz hava şəraiti
ilə əlaqədar gecikən J2-251 nömrəli reysinin sərnişinləri Heydər
Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüblər.
AZAL-dan Trend-ə verilən
məlumata görə, Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-253
nömrəli reysin sərnişinləri də təyinat məntəqəsinə yola
düşüblər.
xxx
10:08
Azərbaycan Hava Yollarının J2-251 nömrəli Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan reysin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.
Trend xəbər verir ki, sözügedən reysin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.