...

Bakıda mağazadan 4500 manatlıq telefon oğurlandı

Cəmiyyət Materials 24 Yanvar 2024 10:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda mağazadan 4500 manatlıq telefon oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 4500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Tofiq Cəfərov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti