...

Bu ayın sosial ödənişləri yekunlaşıb

Cəmiyyət Materials 26 Yanvar 2024 18:54 (UTC +04:00)
Bu ayın sosial ödənişləri yekunlaşıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi də başa çatdırılıb.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, bundan əvvəl – yanvarın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, yanvarın 16-da bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin yanvar ayının pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti