...

İşlədiyi avtoyuma məntəqəsindən maşın qaçırdı

Cəmiyyət Materials 10 Fevral 2024 10:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə nəqliyyat vasitəsi qaçırılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bərdə şəhərində avtoyuma məntəqələrinin birindən “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Məhəbbət Zeynalov Alaçadırlı kəndi ərazisində avtomobillə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti