...

Masallı sakinindən 6 kiloqramdan artıq narkotik aşkarlandı

Cəmiyyət Materials 16 Fevral 2024 09:17 (UTC +04:00)
Masallı sakinindən 6 kiloqramdan artıq narkotik aşkarlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Masallı sakinindən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Eldəniz Mirzəyev saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan 4 kiloqram 500 qram marixuana, 1 kiloqram heroin, 1 kikoqram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla narkokuryerliyə cəlb edilən E.Mirzəyevin ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitə və psixotrop maddəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti