...

Azərbaycan bələdiyyələrin sayı azaldılacaq

Cəmiyyət Materials 27 Fevral 2024 11:54 (UTC +04:00)
Azərbaycan bələdiyyələrin sayı azaldılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bələdiyyələrin sayı azaldılacaq.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Regional komitəsinin martın 1-ə təyin edilən iclasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş) və Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılacaq.

Komitənin üzvü Tahir Rzayev Trend-ə bildirib ki, Azərbaycanda bələdiyyələr yarandıqdan sonra daim islahatlar həyata keçirilib.

“Azərbaycanda bələdiyyələr çoxdur, onlar mütləq birləşdiriləlidir və ya ləğv olunmalıdır. Müzakirəyə çıxarılacaq qanun layihələri də bununla bağlıdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin 23 fevral tarixində keçirilən iclasında bildirib ki, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti