...

Azərbaycanın su ehtiyatlarının həcmi açıqlandı

Cəmiyyət Materials 28 Fevral 2024 10:32 (UTC +04:00)
Azərbaycanın su ehtiyatlarının həcmi açıqlandı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan su ehtiyatı məhdud olan ölkədir. Respublikamızın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 faizi respublika ərazisində, 70 faizi isə qonşu ölkələr ərazisindən daxil olur.

Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

Agentlik sədri bildirib ki, son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb:

"Bu səbəblərdən ölkə ərazisində su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi, su itkilərinin qarşısının alınması sistemlərinin müasir səviyyədə yenidən qurulması, yeni su mənbələrinin yaradılması tələb olunur".

Xəbər lenti

Xəbər lenti