...

Əlverişsiz hava şəraitində azan hərbiçimizin anası DANIŞDI

Cəmiyyət Materials 28 Fevral 2024 15:45 (UTC +04:00)
Əlverişsiz hava şəraitində azan hərbiçimizin anası DANIŞDI
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ruslan ötən il iyulun 18-də əsgərliyə gedib.

Trend xəbər verir ki, bunu İctimai TV-ə (İTV) açıqlamasında Ruslan Pənahovun anası deyib.

"Bu gün mənə gəlib dedilər ki, uşaq yoxdur. Dünən səhər danışdım onunla. Dedi ki, yaxşıyam, narahat olma, hər şey yaxşıdır", - deyə o bildirib.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti