...

Emin Əmrullayev məktəbli qızların davasından danışdı

Cəmiyyət Materials 29 Fevral 2024 15:24 (UTC +04:00)
Emin Əmrullayev məktəbli qızların davasından danışdı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şüvələnda iki qız arasında baş verən hadisə ilə bağlı cinayət işi aparılır.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Burada müəllimləri, məktəbləri qınamaqda heç bir fayda və nümunəvi davranış görmürəm. Gözləntimiz odur ki, müəllimlərə qarşı hörmətsizlik edilməsin. Müəllimlərə qarşı hörmətsizlik yolverilməzdir.

Yeniyetmələr arasında cinayət halları yalnız bizim ölkədə olmur, başqa ölkələrdə də olur. Bu və ya digər problemin həllində mütləq qaydalara əməl etmək vacibdir”, - deyə nazir bildirib.

Qeyd edək ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda uyğunsuz hərəkətlər edib. Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti