Bakı. Trend:
Nazirlik 8 mart bayramı ilə bağlı ictimaiyyətə çağırış edib.
Trend xəbər verir ki, bu barədə Məktəbəaədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Müəllim nüfuzu bizim üçün çox önəmlidir. Bir daha çağırış edirik ki, müəllimlərin fəaliyyətinə verilən əsas dəyər şagirdlərin nəticələridir. Bununla məhdudlaşsaq heç kəsi narazı salmarıq”,- deyə o bildirib.