...

Narkotik satışına görə 2 nəfər TUTULDU

Cəmiyyət Materials 13 Mart 2024 11:52 (UTC +04:00)
Narkotik satışına görə 2 nəfər TUTULDU
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitələri əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinən Xaçmaz rayon sakini Talıbov Murad və Qusar rayon sakini Asvarov Omar saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti