...

Ötən gün Xankəndidə avtomat, pulemyot, qumbara aşkar olunub

Cəmiyyət Materials 14 Mart 2024 09:39 (UTC +04:00)
Ötən gün Xankəndidə  avtomat, pulemyot, qumbara aşkar olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndidə polis əməkdaşları ötən gün xeyli sayda silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 13-də Xankəndi şəhəri ərazisindən 25 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tapança, 1 tüfəng, 11 qumbara, 10 alışdırıcı, 38 patron darağı, 7575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti