...

Faktiki hava açıqlandı

Cəmiyyət Materials 30 Mart 2024 11:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit olub, əsasən yağmursuz keçib.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyü tədricən əriyib, Şahdağda 14 sm olub.

Sumqayıt, İmişli, Cəfərxan, Şabran, Astarada dumanmüşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək isti, Naxçıvan MR-da 16-21 dərəcə isti, Aran rayonlarında 19-22 dərəcə isti, dağlıq rayonlarda 15 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək isti olub.

Xəbər lenti

Xəbər lenti