Xocalı. Trend:
Xocalı soyqrımı 20-ci əsrin ən dəhşətli hadisəsidir.
Trend-in Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
Onun sözlərinə görə, Xocalı soyqırımına siyasi qiymət verilməsi istiqamətində ilk addım Ulu Öndər Heydər Əliyev tərəfindən atılmışdır.
“Sistemli fəaliyyət nəticəsində 18 ölkədə bu hadisə soyqrım tanınmışdır. Lakin beynəlxalq aləmdə bu soyqrıma düzgün qiymət verilməmişdir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və lokal anti-terror əməliyyatlarında Xocalı soyqrımının qisası döyüş meydanında alınmışdır”, deyə E.Yusubov əlavə edib.
E.Yusubov bildirib ki, Xocalıda aşkar olunmuş kütləvi məzarlıqlar erməni vandalizminin sübutudur. Gələcəkdə Xocalıda kütləvi məzarlıqların aşkarlanması istisna olunmur.
