...

Səhiyyə sektoruna hücumlar 74% artıb

Cəmiyyət Materials 2 Aprel 2024 11:19 (UTC +04:00)
Səhiyyə sektoruna hücumlar 74% artıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Yer kürəsi əhalisinin 57.2%-i rəqəmsal cihazlara qoşularaq, onlayn qaydada xidmət alır.

Trend xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, Checkpoint (Çekpoint) şirkətinin hesabatına əsasən, 2023-cü ildə təhsil və tədqiqat müəssisələri (İnstitutlar) ən çox hədəflənən sektor olaraq qalıblar, bununla yanaşı, səhiyyə sektoruna hücumlar əvvəlki illə müqayisədə 74% artıb.

“We are social (Vi ar soşl) 2023” hesabatına əsasən, 8.1 mlrd. yer kürəsi əhalisinin 57.2%-i rəqəmsal cihazlara qoşularaq onlayn qaydada xidmət alır, onlardan 5.44 mlrd. insan yəni 68 %-i yalnız 1 mobil cihaz daşıyıcısıdır, 4.76 mlrd., 59.4%-i isə müxtəlif sosial media hesablarından aktiv istifadə edir.

Aktiv internet istifadəçilərinin 96.2%-i bir neçə telefon istifadə etməklə yanaşı, 58 %-i laptop və ya masaüstü kompüter, 33.7%-i tablet, 29.9%-i ağıllı saat, 16.5%-i ağıllı TV, 16.4%-i ağıllı ev cihazları, 5.6% virtual reallıq cihazlarından istifadə edir.

Təkcə 2022-ci ildə qlobal miqyasda kiberhücumlar səbəbindən dəymiş illik ziyan 6 trilyon, aylıq 500 mlrd., həftəlik 115.4 mlrd., saatda 684.9 mln., dəqiqədə 11.4 mln., saniyədə 190.000 ABŞ dolları dəyərində qiymətləndirilir”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında sənəd imzalanıb.

20-dən çox dövlət rəsmisinin iştirak etdiyi konfransda rəqəmsallaşmanın dövlət sturukturlarındakı əhəmiyyətindən danışılıb və görülən işlər barəsində məlumat verilib.

Xəbər lenti

Xəbər lenti