...

Havada toz müşahidə olunur

Cəmiyyət Materials 4 Aprel 2024 09:31 (UTC +04:00)
Havada toz müşahidə olunur
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.

Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır:

"Havada müşahidə olunan toz meteoroloji vəziyyətlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb istiqamətli küləklərin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti