...

Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlandı

Cəmiyyət Materials 8 Aprel 2024 14:52 (UTC +04:00)
Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə ötən həftəyə olan məlumat açıqlanıb.

Trend ANAMA-ya istinadən xəbər verir ki, azad olunan ərazilərdə 2024-cü il 1-7 aprel aralığında 10 tank əleyhinə mina, 47 piyada əleyhinə mina, 718 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1576 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti