...

Abşeron və Yardımlıda ev yandı

Cəmiyyət Materials 15 Aprel 2024 10:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronda ev yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin döşəməsi 15 m² sahədə və tavanının taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Yardımlı rayonunun Vərgədüz kəndində ümumi sahəsi 235 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti