...

Keçmiş məhkum işlədiyi avtoyuma məntəqəsindən maşın qaçırdı

Cəmiyyət Materials 16 Aprel 2024 10:34 (UTC +04:00)
Keçmiş məhkum işlədiyi avtoyuma məntəqəsindən maşın qaçırdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 15-nə keçən gecə Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “BMW” markalı avtomobilin qaçırılması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub.

Araşdırmalarla avtomobilin avtoyuma məntəqəsinin işçisi tərəfindən qaçırılması müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Samir Abbasov Lerik rayonunun Piran kəndi ərazisində avtomobillə birgə saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti