...

Dumanlı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Cəmiyyət Materials 17 Aprel 2024 11:00 (UTC +04:00)
Dumanlı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda dumanlı hava şəraiti müşahidə olunur.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Gecə saatlarında buludluluğun az olması, yerüstü təbəqədə səthin soyuması, gündüz saatlarında havanın temperaturunun yüksək olması (inversiya) dumanın əmələ gəlməsinə səbəb olub.

Dumanlı hava şəraitinin aprelin 19-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti