...

Bu il nə qədər şagird avtomatik olaraq 1-ci sinfə qəbul ediləcək? - Rəsmi

Cəmiyyət Materials 18 Aprel 2024 12:38 (UTC +04:00)
Bu il nə qədər şagird avtomatik olaraq 1-ci sinfə qəbul ediləcək? - Rəsmi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il nə qədər şagirdin avtomatik olaraq 1-ci sinfə qəbul ediləcəyi açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib.

O bildirib ki, Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq 1-ci sinfə keçiriləcək:

"Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq, sənəd qəbulu 13 sentyabra qədər davam edəcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi mayın 3-dən sentyabrın 13-dək olacaq. Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may- 30 may tarixlərində təşkil ediləcək.

Həmçinin, tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək. Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrin təşkili uşaqların həmin bölmələrə qəbulunda obyektivliyi təmin edir".

Xəbər lenti

Xəbər lenti