...

Həmişə hiss edirdik ki, Heydər Əliyev bizimlədir - BAM veteranı

Cəmiyyət Materials 23 Aprel 2024 11:07 (UTC +04:00)
Həmişə hiss edirdik ki, Heydər Əliyev bizimlədir - BAM veteranı
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Moskva. Trend:

Həmişə hiss edirdik ki, Heydər Əliyev bizimlədir.

Trend xəbər verir ki, bu barədə Baykal-Amur Magistralının (BAM) veteranı Nurməmməd Cavadov Kremldə jurnalistlərə deyib.

"Mən Azərbaycan komsomol dəstəsinin komandiriyəm. 22 mart 1975-ci ildə biz helikopterdə Ulkan qəsəbəsinə getdik, orada 1998-ci ilədək daimi qəsəbə inşa olunurdu. Yalnız ilk qış çətin oldu. Biz o vaxtlar soyuğa öyrəşməmişdik. Heydər Əliyev gələndə gələndə qəsəbələrə baxdı. Biz daima Azərbaycanın, Heydər Əliyevin bizimlə olduğunu hiss edirdik", - deyə o bildirib.

Xatırladaq ki, aprelin 22-də Moskvada Prezident İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib

BAM həm Rusiya, həm də Azərbaycan üçün əlamətdar layihədir. Dünyada ən uzun dəmir yolu xətlərindən biri olan bu magistralın tikintisinin uğuru birbaşa olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev SSRİ Nazirlər Şurası sədrinin birinci müavini olaraq birbaşa yerlərdə tikintinin gedişatı ilə tanış olmaq qərarına gəlmiş ilk rəhbərdir.

Məhz onun BAM-a 10 günlük səfəri magistralın tikintisində dönüş nöqtəsi oldu.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti