...

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2024 10:48 (UTC +04:00)
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı, UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Etibar Əliyev UNEC-in gənc tədqiqatçıları ilə görüşüb.

Görüşdə Etibar Əliyev dünyada və Azərbaycanda elmin populyarlaşdırılmasının vəziyyəti, gənclərin elmə gəlməsində elmin populyarlaşdırılmasının rolu və əhəmiyyəti, Elmin Populyarlaşdırılması Mərkəzinin gördüyü və görülməsi nəzərdə tutulan işlər, eləcə də mərkəzin yaradılacaq saytı barədə maraqlı təqdimatla çıxış edib.

Görüşdə elmin populyarlaşdırılması ilə bağlı suallar da cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti