...

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı qoyuldu (FOTO/VİDEO)

Cəmiyyət Materials 23 Aprel 2024 20:41 (UTC +04:00)
Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı qoyuldu (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı qoyulub.

Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında yeni doğulan körpənin atası Abbas Abdullayev deyib.

"Biz istəyirik ki, övladımız da cənab Prezident İlham Əliyev kimi dövlətinə, millətinə bağlı olsun. Şükürlər olsun bu günümüzə. Biz deyə bilirik ki, 36 ildən sonra Xankəndi şəhərində oğlan uşağı dünyaya gəldi. Şükürlər olsun, torpaqlarımız azad olundu. Suveren Azərbaycan torpaqlarında yaşayırıq.

Allah ordumuzu Ali Baş Komandanımızı qorusun. Bizə bu günü yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Mənim uzun illər idi arzum, diləyim vardı ki, uşağıma Ali Baş Komandanımızın adını qoyum.

Mən istəyirəm, övladım onun kimi dövlətinə, millətinə, torpağına bağlı olsun və həmin addımlarla irəliləsin. Övladımın adını İlham qoyuram", - o qeyd edib.

Xankəndi mərkəzi şəhər xəstəxanasının baş həkimi Jalə Oktayzadə bildirib ki, hazırda yeni doğulan körpənin və ananın vəziyyəti stabildir:

"Səadət Namazova və Abbas Abdullayevin ilk körpələri dünyaya göz açıb. Körpəmiz 3 kq çəkidə, 49 sm boyda doğulub. Hazırda ananın və uşağın vəziyyəti stabildir. Lazımi tibbi yardımlar göstərilir. Vətənə, millətə, dövlətə xeyirli övlad olmasını diləyirik".

Qeyd edək ki, işğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 000,0 qr., boyu 49 sm. olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva, assistent Tünzalə Bəşirova tərəfindən uğurla icra olunub.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Səadət Namazlının hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti