...

Azərbaycanda yeni kollec yaradıldı

Cəmiyyət Materials 24 Aprel 2024 19:15 (UTC +04:00)
Azərbaycanda yeni kollec yaradıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxs yaradılıb.

Trend xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, Kənd Təsərrüfatı Nazirliyi Gəncə Dövlət Aqrar Kollecinin dövlət qeydiyyatına alınması üçün tədbirlər görməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Xəbər lenti

Xəbər lenti