Bakı. Trend:
Rəqəmsal bacarıqların inkişafı Azərbaycanda aktual mövzudur.
Trend xəbər verir ki, bu barədə bu gün Dünya Bankının Azərbaycandakı ölkə meneceri Stefanie Stallmeister “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “Rəqəmsal genetikamız- Sabahın bacarıqları” adlı paneldə çıxışı zamanı deyib.
O qeyd edib ki, ilkin rəqəmsal savadlılq Azərbaycanda kifayət qədər yüksəkdir.
“Gündəlik olaraq hər kəsin rəqəmsal vasitələrdən istifadəsini təmin etməliyik. Yalnız ilkin rəqəmsal bacarıqlarla rəqəmsal ekosistemi inkişaf etdirə bilərik. İnsanların rəqəmsal iqtisadiyyatda işləməyə hazır olduğunu bilməliyik.
Ayrılıqda isə qadınların rəqəmsal bacarıqlarının inkişafı üçün işlər görürük” ,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.
Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışacaqlar.