Bakı. Trend:
Mən bu gün Şuşaya qayıdışla üç dövrü yaşayıram.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Fərəcova Raisə deyib.
"Mən bu gün həm uşaqlıq, həm gənclik, həm də yaşlılıq dövrünü yaşayıram. Bu gün bizə bəxş edən şəhidlərimizə rəhmət diləyir, Ali Baş Komandanımıza, ordumuza, qazilərimizə cansağlığı arzulayıram", - deyə o bildirib.
Xatırladaq ki, bu gün Şuşa şəhərinə 15 ailə - 57 nəfər yola salınıb. Beləliklə Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.