...

Təmir sexi içindəki maşınla birgə yandı

Cəmiyyət Materials 12 İyun 2024 10:08 (UTC +04:00)
Təmir sexi içindəki maşınla birgə yandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəbələdə avtomobil təmiri sexində yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qəbələ şəhərində bir dam altında tikilən ümumi sahəsi 455 m² olan 13 boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları 140 m² sahədə və içərisində təmirə dayanan "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi və içərisində olan 2 ədəd avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti