...

Zəngilanda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib

Cəmiyyət Materials 14 İyun 2024 13:07 (UTC +04:00)
Zəngilanda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Zəngilan. Trend:

Zəngilanda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə Şayıflı kəndində yabanı halda bitən 2 tona yaxın 2600 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Xəbər lenti

Xəbər lenti