...

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb - DİN

Cəmiyyət Materials 17 İyun 2024 11:11 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb - DİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 15-də və 16-da ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

İtkin düşmüş kimi axtarışda olan 20 nəfər ötən iki gündə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti