...

Ortastatistik məzun təhsil proqramının 44–73%-ni mənimsəmir -DİM

Cəmiyyət Materials 24 İyun 2024 17:00 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda ortastatistik portreti müəyyənləşdirilib.

Trend xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, Azərbaycan bölməsində ortastatistik abituriyent I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 40.59, riyaziyyatdan 27.45, ingilis dilindən 41.00%-nə, II mərhələdə ana dilindən 53.90, ədəbiyyatdan 47.10, riyaziyyatdan 29.36, fizikadan 31.38, kimyadan 30.48, biologiyadan 45.86, tarixdən 32.90, informatikadan 38.42, coğrafiyadan 28.45%-inə düzgün cavab verib.

"Test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun təhsil proqramının 44–73%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti