...

Gələcək tədris ilində Laçının Sus kəndində məktəbin fəaliyyətə başlaması gözlənilir

Cəmiyyət Materials 28 İyun 2024 10:39 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gələcək tədris ilində Laçının Sus kəndində məktəbin fəaliyyətə başlaması gözlənilir.

Trend xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Albina Abduraxmanova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Bugünədək minə yaxın ev və yaşayış kompleksi bərpa edilib və tikilib.

"Gənclər Laçın rayonunun dirçəldilməsində önəmli rol oynayır", - deyə o, əlavə edib.

Qeyd edək ki, Laçın rayonunda Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Laçın Könüllüləri” qrupuna qeydiyyat başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti