...

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlandı

Cəmiyyət Materials 12 İyul 2024 13:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Məhərrəm ayının Aşura günündə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə ənənəvi qanvermə aksiyaları keçiriləcək.

Trend xəbər verir ki, QMİ aksiyaların keçiriləcəyi ünvanları açıqlayıb.

Bakı şəhəri üzrə:

1. Yasamal rayonu "Təzə Pir" məscidi;

2. Nasimi rayonu "Əjdərbəy" məscidi;

3. Səbail rayonu "Bibiheybət" məscid ziyaratgahı;

4. Xəzər rayonu "Mir Mövsüm Ağa" ziyarətgah kompleksi;

5. Nizami rayonu "Sahib-Əz-Zaman" məscidi;

6. Nizami rayonu Keşlə qəsəbəsi "Şah Abbas" məscidi;

7. Suraxanı rayonu "Qaraçuxur" məscidi;

8. Binəqədi rayonu "İmam Əli" məscidi

Regionlar üzrə:

1. Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksi;

2. Sumqayıt şəhər "Cümə" məscidi;

3. Lənkəran şəhər "Böyük Bazar" məscidi;

4. Masallı şəhər "Cümə" məscidi;

5. Mingəçevir şəhər "Heydər" məscidi;

6. Şəki şəhər "İmam Əli" məscidi;

7. Şirvan şəhər məscidi;

8. Bərdə şəhər "İmamzadə" ziyarətgah məscidi;

9. Quba şəhər "Ərdəbil" məscidi

10 Göyçay şəhər "Əbülfəzlil Abbas" məscidi;

11.Xaçmaz şəhər məscidi;

12.Salyan şəhər Mərkəzi "Hacı Tağı" məscidi.

Xəbər lenti

Xəbər lenti