“Tapmaca 2” animasiya filmi rekord məbləğdə gəlir gətirib

Cəmiyyət Materials 26 İyul 2024 05:33 (UTC +04:00)

Bakı. Trend:

“Pixar”ın “Inside Out 2” (“Tapmaca 2”) filmi indiyə qədər çəkilmiş ən çox gəlir gətirən cizgi filmi olub.

Trend-in məlumatına görə, premyerasından bəri 19 gün ərzində dünya prokatında 1,46 milyard dollar toplanıb və bununla da “Inside Out 2” cizgi filmi “Frozen 2” (“Soyuq ürək 2”) filmini birinci yerdən kənarlaşdırıb.

“Inside Out 2” filminin dünya premyerası iyunun 10-da ABŞ-da olub.

Film 2015-ci ildə çəkilmiş “Inside Out” filminin davamıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti