Bakı. Trend:
İyulun 31-i saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi başlayacaq.
Təhsil İnstitutundan Trend-ə verilən məlumata görə, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər avqustun 5-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Namizədlər seçdikləri vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdikləri halda, onların növbəti vakansiya mərhələsində iştirakı məhdudlaşdırılacaq.