...

FAO pestisidlərin təhlükəsiz idarə edilməsi üzrə silsilə təlimlər keçirib

Cəmiyyət Materials 7 Avqust 2024 15:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) icra etdiyi və Qlobal Ekoloji Fondun maliyyələşdirdiyi "Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə olunması və daimi üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi 31 iyul - 2 avqust 2024-cü il tarixlərində təlimlər təşkil edib.

Trend xəbər verir ki, Aqrar Xidmətlər Agentliyinin (AXA) tabeliyindəki Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin və Cəngi Pestisid Poliqonunun işçi heyəti üçün keçirilən “Pestisid Poliqonun İdarə Olunması” üzrə təlimlərin əsas məqsədi sözügedən poliqonun idarə edilməsinin təkmilləşdirilməsi olub.

Sözügedən təlimin davamı olaraq, 3 avqust 2024-cü il tarixindən başlayaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentiliyinin kordinasiya etdiyi “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar ye aqrokimyəvi maddələrlə, o cümlədən, ammonium nitratla çirklənmiş Azərbaycan Respublikasının ərazilərində mövcud problemlərin aradan qaldırılması ilə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə əsas İşçi Qrupun tərkibində yaradılmış Ekspertlər Qrupu üçün nəzəri və praktiki hissədən ibarət digər təlimlər də yekunlaşıb.

AXA-nın əməkdaşları da daxil olmaqla, 25 nəfər işçi heyətinin iştirak etdiyi 4 günlük təlimin nəzəri hissəsi Mingəçevir şəhərində, praktik hissəyə aid olan sahə səfərləri isə Yevlax rayonu ərazisindəki pestisidlərlə çirklənmiş ərazidə FAO-nun beynəlxalq mütəxəssisinin iştirakı ilə təşkil edilib.

Xəbər lenti

Xəbər lenti