Azərbaycanda itkiyə sərf olun suyun miqdarı məlum olub

Cəmiyyət Materials 28 Avqust 2024 11:54 (UTC +04:00)
Azərbaycanda itkiyə sərf olun suyun miqdarı məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizin yerüstü su ehtiyatları su balansına əsasən 36 mlrd m³ təşkil edir ve quraqlıq illlərdə həcmi 22,0 mlrd m³-ə qədər azalır.

Trend xəbər verir ki, bunu "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" zamanı Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

O bildirib ki, Azerbaycanda su ehtyatları məhduddur.

“İllik su balansının cəmi 30% ölkə ərazisində, 70% hissəsi isə ölkə hüdudlarından kənarda formalaşır. 12 mird m³ illik su istehlakından təxminən 7-8 mird m³ suvarmaya və kənd təsərrüfatının təchizatına, 2 mlrd m³
digər məqsədlərə (içməli su, istehsalat ve s), 3-4 mlrd m³ isə nəql zamanı itkilərə sərf olunur .Suvarılan sahələrin 88%-nin su təminatı yerüstü su mənbələrl hesabına ödənilir, yalnız 180 min hektar sahənin suvarılmasında və içməli-məişət məqsədləri üçün yeraltı sulardan istifadə olunur. Ölkədə 135 ədəd su anbarı vardır ki, onların da ümumi su tutumu 21.5 mlrd m³ dir. İşgaldan azad edilmlş erazilərdə 10 su anbarı ve 17 əsas çay vardır ki, bu çayların şirin su ehtiyatları zəngindir. Respublikada orta illik su çatışmazlığı adi illərdə 3,7 mlrd. m³-ə, az sulu illərdə isə 4,75 mlrd. m³ ə çatır”,- deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti