Bakı. Trend:
Doğma Şuşaya qayıtdığım bu gün yaddaşıma sevincli gün kimi həkk olunur.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Gültəkin Kərimova deyib.
"Bu gün bizim çox sevincli günümüzdür çünki bu gün biz doğma Şuşamıza qayıdırıq. Eyni zamanda bu gün biz şəhidlərimizə görə də kədərliyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Var olsun Prezidentimiz. Məhz onun rəhbərliyi və igidlərimizin qoçaqlığı sayəsində torpaqlarımız düşməndən azad edildi”, - deyə o bildirib.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.