...

Bakının dörd rayonunda qaz təchizatı dayandırılacaq

Cəmiyyət Materials 30 Sentyabr 2024 21:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu və Qaradağ rayonları ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə birləşdirilməsi, Suraxanı rayonu ərazisində siyirtmənin quraşdırılması, Xəzər rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 01.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Trend SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Sea Breeze ərazisinin və Ləhiş bağlarının, Qaradağ rayonu üzrə Ümid qəsəbəsinin, Suraxanı rayonu üzrə S.Əliyev küçəsinin və “A” yaşayış massivinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin Bakavtomat ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti