...

Xaçmazda ahıllar tibbi müayinələrdən keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2024 13:24 (UTC +04:00)
Xaçmazda ahıllar tibbi müayinələrdən keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim briqadası 1 oktyabr Ahıllar günündə rayonda fəaliyyət göstərən Günərzi qayğı mərkəzində tibbi müayinə keçiriblər.

Trend xəbər verir ki, müayinələrdə endokrinoloq, nevropatoloq, terapevt, LOR, cərrah və digər ixtisaslı həkimlər iştirak ediblər.

Müayinələrin nəticəsinə uyğun olaraq vətəndaşlara lazımı tibbi yardım göstərilib, bəzi şəxslərə əlavə müayinə üçün göndəriş verilib.

Qeyd edək ki, aksiya çərçivəsində vətəndaşlara ilkin tibbi yardım üçün istifadə olunan zəruri dərmanlar və hər birinə şəxsi gigiyenik ləvazimatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti