Bakı. Trend:
Köhnə qatarlara kondisioner sisteminin quraşdırılması zavod şəraitində olmalıdır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin depolar üzrə iş departamentini rəisi Faiq Əhmədov bildirib.
O qeyd edib ki, 2000-ci illərin əvvəllərində əldə edilən qatarlarda kondisioner sisteminə aid olan idarə etmə bloklarının yerləşdirilməsi vaqonaltı hissələrdə mümkün deyil:
“Köhnə qatarlarda zavod tərəfindən kondisioner sisteminin
yerləşdirilməsi nəzərdə tutulmayıb.
Eyni zamanda vaqonların dam hissəsində kondisioner sisteminə aid
qurğuların quraşdırılması nəzərdə tutulmayıb. Köhnə vaqonlara
kondisioner sisteminin quraşdırılması üçün zavod şəraitində yenidən
sökülüb quraşdırılması maliyyə baxımından əlverişsizdir”.